817
Bu gün 9 noyabr — 02:02

“Qarabağ” Avropa Liqasında ilk qələbəsini qazandı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Ukraynanın "Vorskla" klubu ilə qarşılaşan Ağdamın "Qarabağ" komandası 1:0 hesabı ilə qalib gəlib.

Matçda yeganə qolu 13-cü dəqiqədə rəqib qapıçının Maksim Medvedevə qarşı kobudluğundan sonra hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsindən Araz Abdullayev vurub.

Bu, həm də "Qarabağ"ın cari mövsümdə Avropa Liqasında vurduğu ilk qol olub.

*   *   *22:56 (8 noyabr)

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində noyabrın 8-də saat 00:00-da başlayacaq “Qarabağ” – “Vorskla” görüşü üçün komandaların start heyətləri açıqlanıb.

“Qarabağ”ın start heyətində Xanes Xaldoursson, Qara Qarayev, Maksim Medvedev, Simoen Slavçev, Miçel, Araz Abdullayev, Rəşad Sadıqov, Abdulah Zubir, Con Delarj, Yakub Jezniçak və Donald Gerye yer alıblar.

“Vorskla” klubunun ilk onbirliyində isə meydana Boqdan Şust, İqor Perduta, Nadjip Yakubu, Aleksandr Sklya, Vladislav Kulaç, Vyaçeslav Şarpar, Vladimir Çesnakov, Vadim Sapay, Yuri Kolomoyets, Ardin Dallku və Pavlo Rebenyo çıxacaqlar.

Aleksey Butovski adına stadionda keçiriləcək qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sandro Şörer olacaq. Bekim Zoqay və Ştefan De Almeyda isə yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

“E” qrupunun digər oyunu İngiltərədə oynanılacaq. “Arsenal” klubu İngiltərənin “Sportinq” komandasını qəbul edəcək.

Üç turdan sonra “E” qrupuna 9 xalla “Arsenal” liderlik edir. “Sportinq”in 6, “Vorskla”nın 3 xalı var. Ağdam təmsilçisi qrupda keçirdiyi hər üç görüşdə uduzub.

Xəbərlər