603
Bu gün 5 Noyabr 2018, 12:36

Süni intellekt hücuma keçir

"Əgərrisklərənəzarətetməyiöyrənməsək, süniintellektinyaradılmasıbəşəriyyətinsontexnolojinailiyyətiolabilər".

~StivenHokinq

Dahi alimin məhz bu fikri süni intellektin (bundan sonra mətndə "Sİ" – redaktorun qeydi) bizə nələr verə biləcəyini və bizdən nələri ala biləcəyini ən aydın şəkildə izah edir. Bununla belə, bəşəriyyət heç vaxt tərəqqi qarşısında dayanmayıb. Hər şeyə son qoyacağını vəd etmiş atom bombasının yaradılması, andron kollayderin buraxılması (axı, dünyanın sonunun gələcəyi ehtimalı çox, çox az olsa da, var idi), nüvə sınaqları, çirklənmə və bəzi ölkələrdə toksiki tullantıların bütün limitlərini aşmış müxtəlif maşın və zavodların işlənib hazırlanması, qlobal istiləşmə nəticəsində bütün canlı aləmin məhvinə səbəb ola biləcək.

Etiraf etmək lazımdır ki, bəşəriyyət dünyanın sonundan qorxmur.

Belə çıxır ki, tərəqqinin növbəti forması olan Sİ geri qaytarılması mümkün olmayan risklər daşıyan adi və artıq keçilmiş psixoloji baryerdir.

Bu prosesin hissəcikləri hər yerə yayılıb: bizim üzümüzü və səsimizi tanıyan çoxfunksiyalı smartfonlar, yuxu keyfiyyətini və addımlarımızın sayını müəyyən edən proqramlar, müxtəlif smart-sistemlər və ağıllı evlər və nəhayət, çox tez bir vaxtda viza aldığına görə prezidentə təşəkkür edən robot-Sofiya. Bir sözlə, əvvəllər ayrıca bir işçinin gördüyü iş indi bir düyməni vurulmaqla yerinə yetirilir. Əvvəllər günlər tələb edən bir iş indi bir neçə dəqiqəyə həll edilir.

Adi insanların öz iş yerləri üçün rəqabət aparmaları getdikcə çətinləşir. Sİ yorulmur, mexaniki səhvlər etmir, o, təkcə insan faktorunu deyil, həm də insanın özünü yox edir. Bəs Sİ insanların gələcəyinə daha necə təsir göstərə bilər? Bu sualla innovativ texnologiyalar üzrə ekspert, Frazex şirkətinin baş direktoru və təsisçisi, www.inloya.com layihəsiinin müəllifi Camal Xasayevə müraciət etdik:

"Sİ– qlobal miqyasda bizim həyatımıza təsir göstərir və göstərəcək. Bununlada, həyatımız gələcəkdə daha məhsuldar olacaq. Hərşeydən əvvəl, bu, insanların sıxıcı iş prosesindən xilas olacaqları deməkdir.

İşyerlərinə gəlincəisə, buradan rahat olmağa lüzum yoxdur. Birincisi, Sİ- nin stimullaşdırılması yeni və tələbatlı iş yerlərinin çeşidini artıracaq, tərəqqi artdıqca yeni gəlir mənbələri yaranacaq. Təkcə YouTube portalı şəxsi kanal yaratma imkanı sayəsində bütün dünyaya müxtəlif istiqamətlər üzrə nəhəng sayda bloggerlər bəxş etmiş və bununlada, onlara gəlir əldə etmək imkanı vermişdir.

Həmçinin, unutmayaqki, Sİ-nin əsas məqsədi insanların həyatını yaxşılaşdırmaqdır, ancaq burada riskləridə nəzərə almaq lazımdır. Bu risklərə məhəl qoymamaq olmaz.

Sabahı nrobotları bizi sıxışdırıb çıxaracaq, yoxsa xilasımızmı olacaqlar? Bu, bizi mətrafda baş verənlərə nə qədər tez uyğunlaşa biləcəyimizdən və ayrı-ayrı hallarda nə qədər tez uyğunlaşmaq istədiyimizdən asılıdır. Ancaq bugün bir şey aydındırki, süni intellekt texnologiyalarının inkişafı bizim həyatımızda köklü dəyişikliklərə səbəb olacaq".

Xəbərlər