1575
Bu gün 25 Oktyabr 2018, 13:24

Camal Xasayev “Biz tarixi məhsul yaratdıq”

Bu yaxınlarda biz Azərbaycan şirkətinin hazırladığı unikal İT məhsulu barədə məqalə  dərc etmişdik.  Söz verdiyimiz kimi, Frazex şirkətinin təsisçisi və baş direktoru, Camal Xasayev ilə müsahibəmizi dərc edirik. Qeyd etmək istəyirik ki, Camal Xasayev tanınmış VIP CLUB Concierge Azerbaijan şirkətinin ideya ilhamçısı və direktoru, BeSmart-ın idarəedici partnyoru, həmçinin, ScentAir dünya brendini təmsil edərək ölkəmizdə aroma-marketinqlə məşğul olan ilk insan olub. Onun Frazex şirkəti Visa International kimi nəhəngin xidmətlərinin rəsmi təchizatçısıdır və ilk 119 - autsors çağrı-mərkəzinin yaradılmasında iştirak etmişdir. Bu gün Frazex dünyada analoqu olmayan Inloya.com məhsulunu buraxır. Bizim jurnalistlər həmin məhsul və xüsusiyyətləri haqqında məlumat əldə etməyə çalışıblar.

Siz bu məhsulun yaradılması ideyasına necə gəldiniz?

-Bütün dünyada böyük biznes sahibləri öz fərdi loyallıq proqramını tətbiq edir, məsələn, StarBucks-da bu “Starbucks Rewards”-dır, Amazon-da bu “Amazon Prime”-dır və s. Lakin kiçik və böyük biznes sahibləri böyük pul məsrəflərinə görə bu imkana malik deyillər. Analoji problem Azərbaycanda da müşahidə olunur. Məhz buna görə biz onlara daha sərfəli qiymətlərlə özlərinə uyğun loyallıq proqramını qurub işə salmağa kömək edəcək Inloya.com platformasını yaratmaq qərarına gəldik.  

Doğurdan mı sizin şirkət bu cür platformanı yaratmaq qərarına gələn ilk şirkətdir?

-Biz əminliklə deyə bilərik ki, bu, Azərbaycanda yaradılan ilk platformadır və funksiyalarına görə dünyada heç bir analoqu yoxdur. Bu, Azərbaycanda mövcud olan və bir neçə müxtəlif sahədən müxtəlif partyorları birləşdirən koalision loyallıq proqramları kimi deyil. Inloya.com müştərilərin fərdi loyallıq proqramını işə salmağa kömək edən platformadır.

Sizin platformanın üstünlüyü nədən ibarətdir?

- 21-ci əsrdə yaşayırıq – informasiya texnologiyaları əsridir, süni intellekt əsridir. Bizim Inloya.com platformamız da kənarda qalmayıb. Biz müştərilərimizin rahatlığı üçün hər şey etmişik. Biz Inloya.com platrofmasını süni intellektlə təchiz etmişik. Bu isə o deməkdir ki,  artıq təbriklər üçün mesajlara vaxt sərf etməyə və ya uzun müddət müəssisəni ziyarət etməyən müştəriləri izləməyə ehtiyac olmayacaq. Inloya.com bütün işləri sizin yerinizə edəcək. Funksional kifayət qədər müxtəlifdir və mənim sadaladığım üstünlüklər bütün hər şeyin yalnız kiçik bir hissəsidir.

Buradan “Inloya hansı məsələləri həll edə bilir?” sualı irəli gəlir

-InLoya.com sahibkarların özləri qarşısında qoyduqları əsas məsələləri həll edir: bu yeni müştərilərin cəlb edilməsi, köhnə müştərilərin saxlanılması, orta çekin artırılması, təqdim edilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və s. Bizim www.Inloya.com saytımızda “biznes-kalkulyator” vardır ki, o da müştərilərlə düzgün münasibətlər qurulmadıqda biznesin nə qədər itkilər verdiyini göstərir.

Bəs müştərilərə sizin platforma ilə tanış olmaqa çətin olmaz mı?

Inloya.com platformamızın interfeysi kifayət qədər sadədir və personalın öyrədilməsində heç bir çətinliklər yaratmaz, lakin, biz platformanın tam funksionalının başa düşülməsində yarana biləcək çətinlikləri nəzərə almışıq. Mütəxəssislərimiz arasında zəruri hallarda  hər şeyi göstərəcək, izah edəcək  və əvvəldən sona kimi müştərini müşayiət edə biləcək əməkdaşlarımız mövcuddur.

Sizin platformadan kimlər istifadə edə biləcək?

- Inloya.com platformamızdan biznesin istənilən sahəsində: restoranlar, kafelər, butiklər, gül dükanları, hotellər, tədris mərkəzləri və s. istifadə etmək mümkündür Inloya.com platforması əvvəlcə kiçik və orta biznes üçün nəzərdə tutulmuşdu, çünki,  bu təbəqə çox vaxt əlavə investisiyalar etmək imkanına malik olmur. Bu gün bizim məhsul iri biznes üçün, hətta SMM, PR və ya Digital fəaliyyəti ilə məşğul olan şirkətlər üçün də ayrıca paketə malikdir. 

Bunlar hamısı neçəyə başa gələcəyini öyrənmək bizim üçün maraqlı olardı?

-Bizim qiymət siyasətimiz çox sərfəli şərtlər üzərində qurulub. Biz Azərbaycanda olan müəssisələrin iqtisadi vəziyyətini nəzərə almışıq və ona görə də qiymətlərimiz çox ədalətlidir. Biz  müəyyən kateqoriya müştərilər üçün uyğun ola biləcək hətta ayrıca, tamamilə pulsuz olan tarif hazırlamışıq.

Əldə etdiyiniz nailiyyətləri davam etdirəcəksinizmi? Gələcək planlarınız nədir?

-Azərbaycan ərazisində platformanın uğurlu işə salınması bizə biznesimizi digər ölkələrdə də genişləndirməyə ilhamlandırdı. Bu gün biz öz məhsulumuzun bir sıra ölkədə buraxılmasına dair danışıqların son mərhələsindəyik.

Son olaraq nə əlavə etmək istərdiniz?

-İlk olaraq mən sizə göstərdiyiniz marağa və dəstəyə görə öz təşəkkürümü bildirirəm. Bu çox önəmlidir. Təşəkkür edirəm ki, bizdən yan keçmədiniz. İkincisi, demək istərdim ki, bizim hazırladığımız məhsul həqiqətən də  unikaldır, və biz daha öncə mövcud olan və bu müsahibədən sonra yaranan bütün suallara cavab verməyə hazırıq. Üçüncüsü, mən Frazex-in bütün komandasına, eləcə də  müxtəlif mərhələlərdə, təvazökarlıqdan kənar da olsa da, “tarixi” adlandırdığım bu məhsulun yaradılması ilə əlaqəsi olan bütün insanlara öz təşəkkürümü bildirmək istəyirəm. Sonda isə sizə və bizə uğurlar arzu edirəm!

Son olaraq biz Frazex komandasını platformanın Azərbaycanda uğurla buraxılması ilə təbrik edirik və bizim yerli məhsulun digər ölkələrdə də uğurlu irəliləməsini səmimi qəlbdən arzu edirik!

Xəbərlər