685
Bu gün 16 oktyabr — 16:41

Rəqiblərə necə qalib gəlmək olar

Kiçik və orta biznes istənilən dövlətin iqtisadiyyatının ayrılmaz tərkib hissəsidir. KOB iş yerlərinin daha az məsrəflərlə təşkilini, yeni mal və xidmətlərin bazara çıxarılmasını, vergilərin büdcəyə daxil olmasını təmin edir, rəqabətli bazar və innovasiyaların inkişafına yardım edir. Həmçinin onun ictimai rifahın rəsmi göstəricisi olan ÜDM-yə təsirini də qeyd etmək lazımdır. Məsələn, ABŞ, Yaponiya və Avropa ölkələrində ÜDM-nin 55-65%-i kiçik və orta biznesin payına düşür, İspaniyada isə bu göstərici 70%-ə çatır. Məhz bu aspektlərdən irəli gələrək kiçik və orta biznesin daima inkişaf etməsi əhəmiyyətlidir.

Biznesin inkişafı və uğuru birbaşa olaraq müasir texnologiyalardan asılıdır. Texnologiyalar həyatımızı asanlaşdırır, bizə əlaqəni itirməməyə kömək edir. Ev təsərrüfatının idarə edilməsi hazırda əhəmiyyətli dərəcədə az vaxt alır. Hazırda bir çoxlarımız internetə daxil olmaq, harada olduqlarından asılı olmayaraq dost və qohumlarla xəbərləri paylaşmaq üçün  smartfondan istifadə edirik. Evdə təhsil almaq üçün çoxlu sayda resurs mövcuddur, doğma ölkədən ayrılmadan xarici universitetə daxil olmaq imkanı var.

Azərbaycanda texnologiyalardan istifadənin səviyyəsini də qeyd etmək lazımdır. KOB-in aşkar inkişafına baxmayaraq müasir texnologiyaların biznes sahələrinə inteqrasiyası amili heç də ən yaxşı göstəriciləri nümayiş etdirmir. KOB-də texnologiyalardan geniş istifadə edilməməsinin əsas amilləri konservativ yanaşmalardan istifadə, eləcə də iri və orta rəhbərlər və menecerlər arasında məlumatlılıq səviyyəsinin aşağı olmasıdır.

Mikroiqtisadi səviyyədə texnologiyalar ilk növbədə avtomatlaşdırma və gündəlik biznes fəaliyyətinin sadələşdirilməsi deməkdir. KOB-də xərclərin azaldılması və müvafiq olaraq müəssisələrin gəlirlərinin artırılması üçün yeni imkanlar açılır. Makroiqtisadi səviyyədə isə texnologiyalar regionlar, ölkə və hətta beynəlxalq təşkilatlar da daxil olmaqla subyektlərin  başlıca iqtisadi göstəricilərinin yüksəlməsinə kömək edir.

Bu son dərəcə sadə və məntiqi prinsiplərə əsaslanaraq keçən əsrin köhnə biznes modellərindən imtina və yeni texnologiyaların tətbiqi KOB-in müstəsna inkişafına və ölkənin ÜDM-nun tədricən artmasına kömək edir.

Sevindirici haldır ki, Azərbaycanda STP (Sumqayıt Texnologiyalar Parkı), AMEA Yüksək texnologiyalar parkı, Frazex (www.inloya.com məhsulu), Kiçik və orta biznesin inkişafı üzrə Agentlik və s. kimi yerli və dövlət təşkilatları tərəfindən müasir texnologiyaların tətbiqi və KOB-in inkişafı üçün əlverişli şəraitlər yaradılır.

Xəbərlər