727
Bu gün 12 oktyabr — 16:48

20 məhbusun biləyini kəsdiyi bildirilir

Rusiyalı insan haqları fəalı ölkənin pis ad çıxarmış Vladimir Mərkəzi həbsxanasında 20 məhbusun biləyini kəsdiyini, bunu “işgəncə koloniyası”na planlaşdırılan transferlərinə etiraz etdiyini bildirir.

Sankt Peterburqda mənzillənən Vətəndaş Hüquqları Komitəsinin rəhbəri Boris Panteleyev oktyabrın 12-də “Facebook”da yazıb ki, məhbusların Moskvadan 200 kilometr şərqdə yerləşən Vladimir şəhərindəki 3 saylı islah əmək koloniyasına köçürülmələrinə etiraz etmək üçün başqa yolları qalmayıb.

“Keçmiş məhbusların və qohumlarının saysız bəyanatlarına əsasən həmin müəssisənin işgəncə koloniyası olduğunu söyləmək olar, məhbuslar burada döyülür, onlara işgəncə verilir, öldürülürlər (məsələn, məhbus Gor Avakimyan orada qətlə yetirilib), zorlanırlar”, – Panteleyev yazıb.

O, insan haqları təşkilatlarının Rusiya Federal Penitensiar Xidmətinə məktub yazaraq məhbusların durumu barədə əlavə informasiya istədirklərini qeyd edib.

Təcridxana isə bu iddiaları təkzib edib.

Vladimir regionunun ombudsmanı Lyudmila Romanova TASS agentliyinə deyib ki, durumu araşdırmaq üçün həbsxanaya baş çəkməyi planlaşdırır.

Bir neçə gün öncə Sibirin Omsk şəhərindəki həbsxanada məhbuslar qiyam qaldırmışdı. Onların qohumları və insan haqları müdafiəçiləri məhbusların nəzarətçilər tərəfindən döyülməyə etiraz etdiklərini bildirmişdi.

İyuldan bəri Rusiya həbsxanalarında işgəncə məsələsi gündəmə gəlir. O zaman Yaroslavl regionunda 17 nəzarətçinin bir məhbusu döydüyünü göstərən video yayılmışdı.

Virtualaz.org

Xəbərlər