207
Bu gün 12 oktyabr — 10:41

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək

Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək.

Virtualaz.org bildirir ki, iclasın gündəliyinə 54 məsələ daxildir.

İclasda Azərbaycanla Serbiya arasında bir sıra sazişlər təsdiq ediləcək, o cümlədən Cinayət Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə, Mülki Məcəlləyə, Mülki Prosessual Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, "Təhsil haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" və digər qanunlara dəyişikliklər müzakirəyə çıxarılacaq.

İclasda yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi də müzakirə olunacaq.

Qeyd edək ki, parlamentin bu ay daha iki plenar iclası keçiriləcək.

Xəbərlər