353
Bu gün 10 avqust — 15:46

Təcavüzdə ittiham olunan Türkiyə vətəndaşı ekstradisiya edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Sabri Sökmenin öz ölkəsinə təhvil verilməsi barədə Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə iclası yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, S.Sökmen barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə onun Türkiyəyə ekstradisiya edilməsi barədə qərar çıxarıb. O, məhkəmə zalında həbs edilib, ölkəsinə ekstradisiya olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, S.Sökmen 2011-ci ildə Türkiyədə təcavüz etməkdə ittiham edilib. Lakin o, məsuliyyətdən yayınmaq üçün Azərbaycana qaçıb. Daha sonra S.Sökmen beynəlxalq axrarışa verilib.

O bu il Azərbaycanda saxlanılıb, lakin barəsində həbs qətimkan tədbiri seçilməyib. Türkiyə tərəfi isə S.Sökmenin ekstradisiya edilməsini istəyib.

Məlumata görə, Türkiyədə S.Sökmen barəsində başlanılan cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məhkəmə onun barəsində 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Virtualaz.org

Xəbərlər