267
Bu gün 14 iyun — 16:17

Bərdədə sürücü 59 yaşlı piyadanı vuraraq qaçdı

Bərdədə yolu keçən 59 yaşlı kişini maşın vurub.

Hadisə Təzə Bazar adlanan ərazidə baş verib. Rayonun Şörəli kənd sakini Axundov Habil Sabir oğlu yolu keçən zaman avtomobillə vurulub.

Sürücü piyadanı vurandan sonra avtomobillə hadisə yerindən qaçıb.

Xəsarət alan H.Axundov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan onun bud sümüyünün sındığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər