591
Bu gün 14 iyun — 13:29

Gürcüstan prezidenti: "Baş nazir İvanişvili olmalıdır"

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili baş nazir Giorgi Kvirikaşvilinin istefasına münasibət bildirib.

APA-nın məlumatına görə, dövlət başçısı ölkədəki prosesləri maskarad adlandırıb.

G. Marqvelaşvili deyib ki, ictimaiyyət istefanın arxasında hansı arqumentlərin olduğunu bilməlidir: "Maskarad başa çatmalıdır. Avropa ölkələrində hakim partiya sədrləri baş nazir vəzifəsini tutur. Buna müvafiq olaraq hakim partiyanın lideri Bidzina İvanişvili baş nazir olmalıdır”.

Xəbərlər