322
Bu gün 13 iyun — 18:00

Mingəçevirdə yol qəzası

Mingəçevir şəhərində idarəetmədən çıxan avtomobil divara çırpılıb.

”Report” xəbər verir ki, “Hunday” markalı avtomobil yolun kənarındakı divara çırpılaraq ağır deformasiyaya uğrayıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan iki qadın sərnişin - Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Elmira İxtiyar qızı Məmmədova və Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü İlahə Elburus qızı Əmiraslanova ağır bədən xəsarətləri alıb.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan qadınlardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.

Avtomobilin sürücüsünə hadisə yerinə çağırılan Təcili Tibbi Yardımın həkimləri tərəfindən ilkin yardım göstərilib və o, ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər