413
Bu gün 14 mart — 15:54

Lavrov "S400"lərin tezliklə Türkiyəyə göndəriləcəyinə söz verdi

“Rusiya Türkiyəyə satacağı "S-400" zenit-raket komplekslərinin təhvil-təslimini sürətləndirəcək”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud çavuşoğlu ilə Moskvada keçirdiyi birgə mətbuat konfransında deyib.

Çavuşoğlu bildirib ki, "S-400" zenit-raket kompleksləri nə qədər tez təhvil-təslim edilərsə, Türkiyə üçün bir o qədər yaxşı olacaq.

Bir neçə gün öncə isə Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin bəyan etmişdi ki, təhvil-təslim 2020-ci ilin əvvəlindən həyata keçirilməyə başlanılacaq.

Xatırladaq ki, Türkiyə daha əvvəl müqavilə çərçivəsində 4 ədəd "S-400" üçün Rusiyaya 2.5 milyard dollar ödəyib. Bu məbləğin bir qisminin Rusiyadan alınan kredit hesabına ödənildiyi bildirilir.(azvision.az)

Xəbərlər