486
Bu gün 13 fevral — 13:27

Rusiya Xaqani Paşayevi beynəlxalq axtarışa verib

Qanunsuz spirtli içki istehsalı və satışında ittiham olunan, cinayətkar qrupun iştirakçısı olan azərbaycanlı Xaqani Paşayev Rusiyada beynəlxalq axtarışa verilib. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Belə ki, Omsk şəhərinin Oktyabrski rayon məhkəməsi Azərbaycan, Qırğızıstan və Özbəkistan əsilli 5 nəfəri - Xaqani Paşayev, Elyar Mahmudov, Elcan Osmanov, Şavkat Umarov və Muxamedali Akmataliulunu bir qrup şəxs tərəfindən qanunsuz spirtli içki istehsalı və satışında günahkar bilərək, cəzalarını ümumi rejimli cəzaçəkmə koloniyasında çəkməklə 1,5 ildən 3 ilədək müddətə azadlıqdan məhrum edib.

X.Paşayev gizləndiyindən beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, bu qruplaşma 2016-cı ildə su və istehlak üçün yararlı olmayan texniki spirtdən alkoqollu məhsul hazırlayaraq onu üzərində məşhur brendlərin etiketləri olan şüşələrə doldurub və aşağı qiymətə topdan satıb.

Xəbərlər