350
Bu gün 12 yanvar — 17:48

Yasamalda 53 yaşlı kişi meyiti aşkarlanıb

Yasamalda 53 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Sivuşkin Dmitriy Gennadiyeviçin cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Xəbərlər