1145
Bu gün 5 oktyabr — 19:32

Hafiz Mirzənin “Prezident” adlı kitabı çapdan çıxdı

Yazıçı Hafiz Mirzənin yeni kitabı çapdan çıxıb. Kitab “Prezident” adlanır. Bu xəbəri virtualaz.org saytına açıqlamasında Hafiz Mirzə özü verib.

 “İndi prezident seçkiləri ərəfəsindəyik. Prezidentliyə namizədlər xalqa müxtəlif vədlər verir, mən isə onlara və onlara səs verəcək oxucularıma “Prezident” adlı yeni kitabımı verirəm. Bu kitabdakı prezident obrazı mənim formalaşdırdığım prezident obrazıdır. Cəmiyyətdə ən ali kürsünü tutmuş prezidentlə adi bir pinəçinin bir günlük həyatı, qayğıları, düşüncələri tərəfimdən qələmə alınıb. Hansı daha xoşbəxtdir? Bunu povesti oxuyanlar müəyyən edəcək. Kitaba müxtəlif mövzularda 7 povest daxil edilib."Qanun" nəşriyyatının bu yeni məhsulunu "Akademiya","Akademkitab" və "Əli və Nino" mağazalarından əldə edə bilərsiniz”- deyə yazıçı bildirib. 

Tural Balabəyli

Virtualaz.org

Xəbərlər