847
Aktual 30 aprel — 00:48

Polad Bülbüloğluna Türkmənistanın xalq artisti fəxri adı verilib

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna Türkmənistanın Xalq artisti fəxri adının verilməsinə dair fərman imzalayıb.   

“turkmenistan.gov.tm” saytının verdiyi xəbərə görə, fərmana əsasən, Polad Bülbüloğlu fəxri  ada Türkmənistan və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, mədəni və humanitar sahələrdə  dialoqun genişləndirilməsindəki xüsusi xidmətləri, habelə istedadı və mahnı-musiqi sənətinin inkişafındakı uğurlarına görə təltif olunub. 

Xəbərlər