208
Aktual 15 Yanvar 2022, 13:45

Lukaşenko rəngli inqilablarla mübarizə mexanizminin ortaya çıxdığını elan etdi

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda başa çatan sülhməramlı missiyasının uğuru təşkilatın potensialını və iştirakçı ölkələrin sıx müttəfiqlik əlaqələrini nümayiş etdirdi. Bundan əlavə, əməliyyatın müvəffəqiyyəti rəngli inqilablarla mübarizənin effektiv mexanizmini ortaya qoydu”.

Bunu şənbə günü, yanvarın 15-i, Qazaxıstanda missiyasını başa vurmuş sülhməramlı kontingentlə görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərini BELTA agentliyi yayıb.

“Sizin missiyanızın uğuru qondarma rəngli inqilablara qarşı effektiv mübarizə mexanizminin yaranması kimi qiymətləndirilə bilər”, - dövlət başçısı hərbçilərə müraciət edərək, deyib. O vurğulayıb ki, Qazaxıstandakı missiya ilk dəfədir ki, KTMT qüvvələri faktiki olaraq iştirakçı dövlətlərdən birinin təhlükəsizliyini, sabitliyini və bütövlüyünü təmin etmək üçün istifadə olunub.

virtualaz.org

Xəbərlər