639
Aktual 14 Yanvar 2022, 20:29

Paşinyanın Azərbaycan-Ermənistan dəmir yolu ilə bağlı qərarı

Ermənistanda Arazdin-Meğri dəmir yolunun bərpası üçün işçi qrup yaradılıb. Müvafiq qərarı baş nazir Nikol Paşinyan verib.

“Ermənistan dəmir yolunun Yerasx (Arazdin – red.) – Azərbaycan Respublikası – Meğri hissəsinin bərpası proqramının səmərəli həyata keçirilməsi üçün işçi qrupu yaradın, onun fərdi tərkibini təsdiq edin”, - deyə Sputnik Ermənistan sənəddən sitat gətirir.

Qrupa 10 nəfər daxil olub, Ermənistanın İrandakı keçmiş səfiri, Paşinyanın müşaviri Artaşes Tumanyan onun rəhbəri olub. O, rübdə bir dəfə görülən işlərlə bağlı hesabat təqdim etməli olacaq.

virtualaz.org

Xəbərlər