357
Aktual 14 Yanvar 2022, 16:28

Türkiyə-Ermənistan danışıqları başa çatdı

16:28

Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında Rusiyanın paytaxtı Moskvada keçirilən ilk görüş başa çatıb.

Danışıqlar 1,5 saat çəkib. Görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması müzakirə olunub. (NTV)

***

12:37

Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistanın Türkiyə üzrə nümayəndəsi Ruben Rubinyan ilk görüş üçün Rusiyanın paytaxtı Moskva şəhərində səfərdədirlər. 

Nümayəndə heyətləri ikitərəfli münasibətlərin normallaşdırılması üzrə iki ölkənin xüsusi nümayəndələrinin ilk görüşünün keçiriləcəyi Moskvada Rusiya Xarici İşlər Nazirliyinin qəbul evinə gəlib. (RİA-Novosti)

Xəbərlər