249
Aktual 6 Dekabr 2021, 14:10

Koronavirusa qarşı saqqız

Bir qrup amerikalı alim koronavirusun yayılmasını məhdudlaşdırmaq üçün saqqız hazırlayıb. Bu barədə Pensilvaniya Universitetinin saytında məlumat yerləşdirilib.

COVID-19-a qarşı yeni vasitənin yaradıcılarından biri izah edib ki, virus tüpürcəkdə  çoxalır və icad olunan saqqız virusu zərərsizləşdirmək gücünə malikdir. Alimin sözlərinə görə, yoluxmuş şəxs asqıran, öskürən və ya sadəcə danışan zaman virus yayılır və digər insanlara keçir: “Saqqız çeynənilən zaman tüpürcəkdəki virus zərərsizləşdirilir və bununla da yayılmanın qarşısı alınır, bu bizim üçün ən asan bir yoldur", - dedi komanda lideri Henri Daniell deyib.

Alim qeyd edib ki, dərmanın tərkibində ACE2 zülalı var, onun inyeksiyaları ağır infeksiyalarla viral yükü azaldır. Alimlər zülalı laboratoriyada yetişdirib və digər maddələrlə birləşdirərək, bunun əsasında ACE2 reseptorunu bloklayan saqqız yaradıblar. (Lenta.ru)

virtualaz.org

Xəbərlər