359
Aktual 28 Noyabr 2021, 12:38

Koronavirusu iki saniyəyə necə məhv etmək olar?

Millimetr radiodalğaları iki saniyə ərzində səthlərdə olan koronavirusun 99,8 faizini öldürə bilər. Ariel Universitetinin (İsrail) alimləri müvafiq araşdırmaların nəticələrinə əsasən belə qənaətə gəliblər.

“The Jerusalem Post”un məlumatına görə, ekspertlər uzunluğu bir millimetrdən on millimetrə qədər olan radiodalğaların COVID-19-a təsirini tədqiq ediblər. Alimlər radiasiyanın patogenləri iki saniyəyə məhv etdiyini müəyyən ediblər. Lenta.ru yazır ki, millimetr dalğaları həm də xərçəng hüceyrələri ilə mübarizə üsulu, həmçinin enerjinin simsiz ötürülməsi üsulu adlandırılıb.

Xəbərlər