118
Aktual 26 Noyabr 2021, 10:51

Nikol Paşinyan Soçiyə yola düşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Rusiyanın Soçi şəhərinə yola düşüb. Bu barədə məlumatı “Aysor” yayıb.

Xatırladaq ki, bu gün Soçidə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib.

Xəbərlər