302
Aktual 25 Noyabr 2021, 16:58

Ermənilər yenə yanıldı: əsgəri azərbaycanlı yox, erməni öldürüb

Ermənistan mətbuatı xəbər verir ki, dünən Ermənistanda Azərbaycanla sərhədin şimal-şərq istiqamətindəki döyüş mövqelərindən birində başından güllə yarası almış erməni əsgər Suren Avetisyanın meyiti tapılıb.

Və bu gün məlum olub ki, Suren Avetisyanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə onun xidmət yoldaşı saxlanılıb. İstintaq Komitəsinin ilkin məlumatlarına görə, Suren Avetisyan xidmət yoldaşı tərəfindən silahla davranış qaydalarını pozması nəticəsində başından ölümcül güllə yarası alıb. Hadisəni törədən şəxs saxlanılıb

Xəbərlər