546
Aktual 25 Noyabr 2021, 15:17

Həbsxanalarda işgəncə videoları: Putin generalı istefaya göndərdi

Vladimir Putin Rusiya Cəzaların İcrası üzrə Federal Xidmətin rəhbəri Aleksandr Kalaşnikovun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.

"Kalaşnikov Aleksandr Petroviç Cəzaların İcrası üzrə Federal Xidmətin direktoru vəzifəsindən azad edilsin", - sərəncamda deyilir.

Sənəddə qeyd olunur ki, qərar imzalandığı andan qüvvəyə minir.

Noyabrda hüquq müdafiəçiləri Federal Penitensiar Xidmətin bölmələrində məhbuslara işgəncə verilməsini əks etdirən video yayımlamışdılar.

Daha əvvəl Rusiyada məhbusları və məhkumları təhqir edən və onlara işgəncə verən təhlükəsizlik işçilərinə qarşı cinayət məsuliyyətini sərtləşdirən qanun layihəsi hazırlanmışdır.

Xəbərlər