222
Aktual 24 Noyabr 2021, 21:40

Vladimir Putin və Şarl Mişel Qarabağı müzakirə etdilər

Rusiya prezidenti Vladimir Putin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel telefonla aktual məsələləri müzakirə ediblər. Kremlin mətbuat xidməti tərəfindən yayılan məlumatda deyilir ki, telefon danışığı zamanı Vladimir Putin Şarl Mişelin xahişi ilə Qarabağ üzrə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin müddəalarının həyata keçirilməsi, bölgədə dinc həyatın bərqərar olunması, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində atılan addımlar barədə məlumat verib.

Sözügedən məsələlərin noyabrın 26-da Soçidə keçiriləcək Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın arasında üçtərəfli görüş zamanı müzakirəsi planlaşdırılır.

Xəbərlər