756
Aktual 24 Oktyabr 2021, 22:41

“Ermənilərin qatilləri”: Ermənistan parlamentinin sədri Kiprdə belə qarşılandı

Kiprdə yaşayan erməni Hakop Manukyan sosial şəbəkədəki səhifəsində Ermənistan parlamentin spikeri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyətinin ölkədə necə qarşılandığını nümayiş etdirən video paylaşıb. Bu barədə Yerkir.am xəbər verir.

Videodan da göründüyü kimi, Simonyan maşından düşəndən sonra etirazçılar "xain", "ermənilərin qatilləri", "səni burada görmək istəmirik" qışqırmağa başlayıblar.

Digər keçirilən aksiyada gənclər əllərində Nikol Paşinyan hakimiyyətini pisləyən plakatlar tuturdular.

virtualaz.org

Xəbərlər