313
Aktual 24 Oktyabr 2021, 13:38

“İran və Azərbaycan iki qonşu və müsəlman ölkələridir”

İran və Azərbaycan müştərək dəyərlərə malik olan iki qonşu və müsəlman ölkələridir. Bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian özünün tviter hesabında yazıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmərəli telefon danışığını xatırladan Abdullahian qeyd edib ki, iki dövlət və xalq arasındakı münasibətlər qarşılıqlı hörmətə və ehtirama əsaslanaraq davam edəcək.

Xəbərlər