214
Aktual 24 Oktyabr 2021, 11:55

Xarkovda Mirzə Fətəli Axundovun abidəsi ucaldılıb

Xarkovda "Mütəfəkkirlər Meydanı"nın təntənəli açılışı olub. Meydan Ukrayna, Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərini simvollaşdırır.

“UNİAN”-ın məlumatına görə, “Mütəfəkkirlər meydanı”nın ortasında üç fəlsəfəçinin - Qriqori Skovoroda, Abay Kunanbayev və Mirzə Fətəli Axundovun abidəsi qoyulub.

Abidənin müəllifi Lyudmila Qurçenkonun abidəsini və “Xarkovun yeddi möcüzəsi” memarlıq kompozisiyasını yaradan, xarkovlu heykəltəraş Seyfəddin Qurbanovdur.

virtualaz.org

Xəbərlər