1937
Aktual 23 Oktyabr 2021, 22:05

İran Azərbaycana təşəkkür edir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova Azərbaycan tərəfinin iki iranlı sürücünün buraxılmasına görə təşəkkür edib. Bu barədə İranın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"Söhbət əsnasında Abdullahian, iki nazir arasındakı son konstruktiv təmaslara toxunaraq, Azərbaycanda saxlanılan iki iranlı sürücünün sərbəst buraxılmasını yüksək qiymətləndirib və bu hərəkəti bütün anlaşılmazlıqların aradan qaldırılması üçün lazımi zəmin yarada biləcək konstruktiv addım adlandırıb", - İranın XİN-indən bildirilib. 

İranlı nazir həmçinin “İran yük maşınlarının Azərbaycanla həmsərhəd rayonlarda hərəkətini asanlaşdırmağa çağırıb”.

virtualaz.org

Xəbərlər