586
Aktual 13 Oktyabr 2021, 21:43

Qəribə xəbər: İran və Pakistan Baş Qərargah rəisləri qardaşlıqdan danışır

"İran İslam Respublikası və Pakistan iki qardaş ölkədir, onların sıx əməkdaşlığı bölgədə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edir." Bu barədə Pakistan Silahlı Qüvvələrinin rəsmi açıqlamasında deyilir.

İran Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri Pakistana gələrək, ölkənin hərbi rəhbərləri və baş nazir İmran Xanla bir görüşlər keçirib.

Pakistan Hərbi Hava Qüvvələrinin mətbuat xidməti bildirir ki, tərəflər Əfqanıstandakı vəziyyət və regional təhlükəsizlik də daxil olmaqla bir çox məsələləri müzakirə edib. İran və Pakistan "bölgədəki sülh və terrorizmə qarşı mübarizə naminə" hərbi əməkdaşlığı gücləndirmək barədə də razılığa gəlib.

Baqiri iki ölkə arasında hərbi əlaqələri daha da gücləndirmək arzusunda olduğunu bildirib.

Baş nazir İmran Xan isə öz növbəsində Pakistanın İranla ikitərəfli ticarət əlaqələrini gücləndirməklə yanaşı, iqtisadi və enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb.

Pakistan və İran sərhədini o, "sülh və dostluq" sərhədi olaraq xarakterizə edib.

İmran Xan İranın Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndirdiyini söyləyib. O, həmçinin İran prezidentinə "səmimi salamlarını" çatdırmağını xahiş edib və onu Islamabada dəvət edib.

virtualaz.org

Xəbərlər