894
Aktual 13 Oktyabr 2021, 21:51

Azərbaycan iranlı sürücülərin azad olunmasını təkzib edir

Gömrük orqanları tərəfindən saxlanılan İran vətəndaşları olan sürücülərin öz ölkələrinə qaytarılmaları barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, İran vətəndaşları Barzegar Haghı Jafar Gazanfar və Norouzı Shahroud Heıdarın Ermənistandan Azərbaycanın Xankəndi şəhərinə sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinin müəyyən edilməsi faktına görə 16 sentyabr 2021-ci il tarixdə cinayət işinə başlanılıb və istintaq aparılır.

Onların öz ölkələrinə qaytarılmaları ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

***

19:34

Azərbaycan Gorus-Kafan yolunun Azərbaycanın nəzarətində olan hissəsində azərbaycanlı sərhədçilər tərəfindən bir neçə həftə əvvəl saxlanılan iki İranlı sürücünü azad edib. Bu barədə İranın "Mehr" agentliyi xəbər verir.

"Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığından sonra Bakı İranlı sürücüləri azad edib", - məqalədə deyilir.

virtualaz.org

Xəbərlər