744
Aktual 28 Sentyabr 2021, 17:22

Sülhməramlıların yeni komandanını Bakıda Rüstəm Muradov təqdim etdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb. Bu barədə   Müdafiə Nazirliyi bildirir.

“Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib. Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib”,-nazirliyin məlumatında belə deyilir.

Xatırladaq ki, Rüstəm Muradovu sentyabrın əvvəllərində general Mixail Kosobokov əvəzləmişdi. Kosobokov bir neçə il əvvəl Rusiyanın separatçı Abxaziya bölgəsindəki hərbi bazasının komandiri olub. Lakin cəmi iki həftə sonra Kosobokov “daha yuxarı vəzifəyə təyin olunması ilə əlaqədar” sülhməramlıların komandanı vəzifəsindən geri çağırıldı və onun yerinə general-leytenant Gennadi Anaşkin təyin olundu.

Ötən həftə, sentyabrın 25-də Ermənistanın müdafiə naziri Arşak Karapetyan Gennadi Anaşkinlə görüşmüşdü. Həmin görüşdə Rüstəm Muradovla yanaşı Mixail Kosobokov da iştirak edirdi. İndi isə maraqlı detal budur ki, Kosobokov onun yerinə təyin olunan yeni komandanın Bakıdakı təqdimatında iştirak etməyib...

virtualaz.org

Xəbərlər