219
Aktual 28 Sentyabr 2021, 14:51

Qaribaşvili Bakıya gəlir

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sabah Azərbaycana bir günlük səfəri baş tutacaq. Bu barədə Gürcüstanın Bakıdakı səfirliyindən məlumat verilib.

Səfirlikdən verilən məlumata görə, Gürcüstanın Qaribaşvili iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak edəcək.

Onun Azərbaycanın baş naziri, Milli Məclisin sədri və digər rəsmi şəxslərlə görüşü də gözlənilir.

Xəbərlər