171
Aktual 26 Sentyabr 2021, 21:05

"Koronavirusun “mü” ştammı "delta" qədər təhlükəli deyil"

"Koronavirusun “mü” ştammı "delta" ştammı qədər təhlükəli deyil, onun yoluxma arealı da geniş olmayacaq. Koronavirusun "mü" ştammı "delta"nın az olduğu və ya olmadığı ölkələrdə yayıla bilər". 

Bunu biologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyası Tibbi Genomika Araşdırma Mərkəzinin baş elmi işçisi Ança Baranova deyib.

Elmi işçi "delta" ştammının güclü yoluxuculuğu səbəbindən dominant olaraq qaldığını vurğulayıb.

Qeyd edək ki, koronavirusun “mü” ştammı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib.

Xəbərlər