1667
Aktual 15 Sentyabr 2021, 21:55

“Heç kəs gözləmirdi ki, Azərbaycan müharibə edər”

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin İctimai televiziyasına verdiyi və ötən il sentyabrın 27-də efirə çıxmalı olduğu müsahibə hərbi əməliyyatların başladığına görə nəşr olunmadı. Erməni KİV-lərinin yazdığına görə, bunu Nikol Paşinyan hökumətin iclasında deyib.

“Müsahibə başlayanda onları (hərbi əməliyyatlar - red.) heç kəs gözləmirdi, proqnozlaşdırmaq belə mümkün deyildi. Bütün araşdırma institutları genişmiqyaslı döyüşlərin yenidən başlama ehtimalının çox aşağı olduğunu deyirdi. ... Müsahibənin həm efir variantı, həm də montaj olunmamış versiyası qalıb və 44 günlük müharibənin aparılması ilə bağlı parlamentin araşdırma komissiyası yaradıldıqda, parlamentarilər bu müsahibə ilə tanış ola bilərlər. ... Nə xalqdan, nə də parlamentdən gizlədəcəyimiz heç bir şey yoxdur ”, - Ermənistan baş naziri vurğulayıb.

virtualaz.org

Xəbərlər