525
Aktual 15 Sentyabr 2021, 21:25

Erməni radiostansiyaları Qarabağda yayımını dayandırır

"Avrora" erməni radiosu hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə yayımını dayandırır. Bu barədə radionun direktoru Mikael Janpoladyan sosial şəbəkədə yazıb.

Djanpoladyan qeyd edib: “Bu barədə danışmaq çox çətindir, lakin biz özəl bir şirkət kimi daim pul itirə bilmərik. Artıq Şuşadakı bütün mülkümüzü itirdik. İndi yeni avadanlıqları hara gətirəcəyimizi və bunun nə dərəcədə özünü doğruldacağını bilmirik".

Onun sözlərinə görə, "Qarabağdan zəng etdilər" və yayım üçün dövlət rüsumunun və lisenziya haqqının ödənilməsini tələb etdilər, bu da radionun yayımını dayandırmaq haqda qərar qəbul etməyə səbəb oldu.

virtualaz.org

Xəbərlər