670
Aktual 15 Sentyabr 2021, 17:46

Paşinyan Goris-Qafan avtomobil yolunda Azərbaycanın hərəkətlərinə haqq qazandırdı

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki hökumət saatı zamanı çıxışı zamanı Gorus-Qafan yolun hissəsində İran yük maşınlarının yoxlanılması ilə bağlı Azərbaycan tərəfinin hərəkətlərini əsaslandırıb.

"Ermənistan-Azərbaycan sərhədi boyu baş verən hadisələrin bir neçə məqamı var. Onları düzgün başa düşmək çox vacibdir", - Paşinyan bildirib.

O qeyd edib ki, 2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanından qalmış sərhədlərə çəkilib.

"Bu hissədə Gorus-Qafan yolu iki yerdə Ermənistan Respublikasının və ya keçmiş Sovet Ermənistanının hüdudlarından kənara çıxır. Məhz bu vəziyyətə görə bizə tanış olan trafaretlər və məntəqələr həmin bölgələrdə ortaya çıxıb. Razılaşmanın mətnində xaricdən gələn malların keçidi ilə bağlı bənd yoxdur, və buna görə Azərbaycan belə mexanizmdən istifadə edir. Biz bəyan etmişik ki9 noyabr və 11 yanvar tarixli razılaşmalarında Ermənistan üzərindən dəhlizin təmin edilməsi haqqında bənd yoxdur. Çox güman ki, bu Azərbaycanın həmin bəyanatlarına cavabıdır", - baş nazir bildirib.

Xatırladaq ki, Azərbaycanda Gorus-Qafan yolunun Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırıb. Magistral yolun Azərbaycan hissəsində Azərbaycan Daxili İşlər Nazirliyinin keçid məntəqələri, eləcə də gömrük keçid məntəqələri quraşdırılıb.

virtualaz.org

Xəbərlər