503
Aktual 15 Sentyabr 2021, 02:00

Yaponiyalı həkimlər “Pfizer” peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər “Pfizer”/“BioNTech” şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər.

Ölkə üzrə üç fərqli vaksinasiya məntəqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub.

Həkimlər məsələnin araşdırılması üçün Səhiyyə Nazirliyinə müraciət ediblər.

Qeyd edək ki, bir müddət əvvəl Yaponiyada “Moderna” vaksinlərinin tərkibində də yad cisimlər aşkar olunmuşdu. (TASS)

Xəbərlər