1314
Aktual 14 Sentyabr 2021, 19:58

Azərbaycan ərazisində İranın yük avtomobillərinin yoxlanılması ilə bağlı bu ölkənin daha bir reaksiyası

İranın Ermənistandakı səfirliyi, Goris-Kafan dövlətlərarası avtomobil yolunun Azərbaycan hissəsində İran yük avtomobilləri və avtobuslarının mütəmadi olaraq yoxlanılması ilə əlaqədar açıqlama yayıb. Bildiyiniz kimi, Azərbaycan hüququndan istifadə edərək, yolun öz hissəsində polis və gömrük postları yaradıb.

Lakin İran səfirliyinin bəyanatında deyilir ki, bu ölkənin hökuməti Ermənistanla münasibətlərin inkişafını davam etdirmək niyyətindədir.

"İran qonşu ölkələrlə, o cümlədən Ermənistanla ticarətin asanlaşdırılması istiqamətində ardıcıl tədbirlərə əl atacaq", - səfirliyin açıqlamasında deyilir.

Səfirlik Ermənistan mətbuatına bildirib ki, bu istiqamət İbrahim Rəisi hökuməti üçün prioritet istiqamətlərdən biridir.

"Tehran bütün qonşu ölkələrlə münasibətləri balanslaşdırılmış şəkildə genişləndirəcək, lakin eyni zamanda öz prioritetlərini də nəzərə alacaq. Beləliklə,  xüsusilə Ermənistanla əlaqələrin inkişafı və yol maneələrinin aradan qaldırılması gündəmdədir”.

virtualaz.org

Xəbərlər