219
Aktual 14 Sentyabr 2021, 18:45

COVİD-19: Günün statistikası açıqlandı

Azərbaycanda koronavirus infeksiyasına 2077 yeni yoluxma faktı qeydə alınıb, 3725 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. 

İndiyədək ölkədə ümumilikdə 463 min 326 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 416 min 194 nəfər müalicə olunaraq sağalıb, 6 min 167 nəfər vəfat edib. 40 min 965 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 991, bu günə qədər isə ümumilikdə 4 milyon 675 min 110 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 69 min 221 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 min 23, ikinci mərhələ üzrə 47 min 198 nəfərdir.

Vaksinlərin ümumi sayı 7 milyon 680 min 427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 milyon 530 min 138, ikinci mərhələ üzrə isə 3 milyon 150 min 289 nəfər təşkil edir.

Xəbərlər