210
Aktual 14 Sentyabr 2021, 18:08

Putin yaxın ətrafındakı şəxsin koronavirusa yoluxduğunu açıqladı

Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri və “Vahid Rusiya” rəhbərliyi ilə görüşündə yaxın ətrafından COVID-19 xəstəsi olan bir insan haqqında danışıb. Bu barədə Rusiya mətbuatı yazır.

"Peyvənd edilib, anticisimləri düşüb. Yenidən peyvənd edilib, amma artıq gec idi. Üç gün sonra xəstələnib. Bütün gün onunla yaxın təmasda olmuşam", o vurğulayıb.

Putin həmçinin qeyd edib ki, mövcud vəziyyətə görə Tacikistana səfərini təxirə salmalı və özünütəcrid rejiminə keçməli olub.

Xəbərlər