348
Aktual 2 Avqust 2021, 14:25

Şehurdində xarici avtomobili nümaişkarənə şəkildə soymaq?

Saratovda 17 milyon rubl oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Şəhər prokurorunun baş köməkçisi Andrey Skleminin "Vzglyad-info" xəbər agentliyinə verdiyi məlumata əsasən, o, Saratovda yaşayan əvvəllər məhkum olunmuş 33 yaşlı azərbaycanlıdır.

Xatırladaq ki, iyulun 28 -də Şexurdin və Texniçeskaya küçələrinin kəsişməsində naməlum şəxslər "KIA Optima" avtomobilinin arxa qapılarının şüşəsini sındırıblar. Soyğunçular maşının salonundan 17 milyon rubl oğurlayıblar. Daha sonra onlar VAZ-2110 markalı avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Şübhəli bilinən şəxs ertəsi gün saxlanılıb. Oktyabrski Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Xəbərlər