172
Aktual 2 Avqust 2021, 11:32

Yanğınla bağlı Azərbaycandan Türkiyəyə nümayəndə heyəti gedib

Yanğınla bağlı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyəyə gedib.

FHN-dən Virtualaz.org-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyə ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycannın Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır.

FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə, bu gün səhər Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyəyə gedib. 

Xəbərlər