217
Aktual 30 İyul 2021, 19:34

Mersində fabrikdə yanğın başlayıb

Türkiyədə Mersinin Tarsus rayonunda bir fabrikdə yanğın başlayıb. Yerli vaxtla saat 16.30-da başlayan yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür. Fabrikdən çıxan tüstü dumanı rayonun bir çox yerindən müşahidə edilir.

Qeyd edək ki, Mersin də daxil olmaqla Türkiyədə son 3 gün ərzində 71 meşə yanğını baş verib, onlardan 56-sı söndürülmə və qarşısının alınması istiqamətində nəzarət altına alınıb.

Hazırda Adana, Osmaniye, Antalya, Mersin ve Muğlada yanğınların söndürülməsi istiqamətində müdaxilələr davam edir. 

Xəbərlər