291
Aktual 30 İyul 2021, 19:31

FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə yola düşdü

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri Türkiyəyə yola düşüb. 

FHN-in Dövlət Yanğın Mühafizə Xidmətinin 100 əməkdaşı Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Dalaman vilayətinə yola salınıb. (APA)

Xəbərlər