2714
Aktual 29 İyul 2021, 14:28

Paşinyanın sərhəddə Rusiya qüvvələrini yerləşdirmək çağırışına Moskvadan reaksiyalar

Kreml Rusiya sərhəd postlarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi fikrini şərh etmir. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Moskva Paşinyanın təşəbbüsünə necə baxdığını sualını cavablandıran Peskov, "Yerevanla əlaqələr davam edir, əlavə edəcək nəsə sözüm yoxdur" deyib. O elavə edib ki, Rusiya Ermənistan -Azərbaycan sərhədində atəşkəsi bərpa etmək üçün çox səy göstərdi və işlər davam edir.

"Dünən Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşib. Bilirsiniz ki, Rusiya nümayəndələri atəşkəsin bərpası üçün çox səy göstərdilər. İşlər davam edir. Rusiya ikitərəfli sazişlərin tam yerinə yetirilməsini təmin etmək məqsədi ilə Yerevan və Bakı ilə təmaslarını davam etdirir", - deyə o vurğulayıb.

Rusiya Dövlət Dumasının MDB İşləri Komitəsinin sədri Leonid Kalaşnikov isə vurğulayıb ki, Paşiyanın təklifi siyasi xarakter daşıyır.

"Belə təhlükəsizlik problemləri ən çox səssizcə həll olunur. Mətbuatın iştirakı ilə açıqlamalar bəzi siyasi ballar qazanmaq, hökumət səviyyəsində, parlamentdə və ya başqa yerlərdə özünü təsdiq etmək lazım gəldikdə verilir ", - Kalaşnikov İnterfaks–a deyib.

Kalaşnikovun sözlərinə görə, “məsələ çox mürəkkəbdir, ciddidir” və ilk növbədə üç rəhbər-Putin, Əliyev və Paşinyan arasında həll edilməlidir. “Əgər o, məsələni ilk növbədə publikaya açıqlayırsa buradan daha çox siyasət iyi gəlir”,-Dövlət Dumasının üzvü deyib.

virtualaz.org

Xəbərlər