255
Aktual 22 İyul 2021, 22:37

İsrail koronavirusa qarşı kapsul formasında vaksin hazırlayır

İsrail koronavirusa qarşı dünyada ilk kapsulalarda olan vaksini yaradıb və onun klinik sınaqlarına başlayır. Bu barədə Virtualaz.org saytı “The Jerusalem Post”-a istinadən xəbər verir. Preparatın sınaqları Səhiyyə Nazirliyinin icazəsi alınan kimi “Suraski” adına Tibb Mərkəzində keçiriləcək. Sınaqlar bir neçə həftədən sonra başlaya bilər. Preparatın sınaqdan keçirilməsində heç bir vaksin qəbul etməmiş 24 könüllü iştirak edəcək. Qrupun yarısı bir kapsul qəbul edəcək, qalanları isə preparatın iki dozasını alacaqlar. Tədqiqatlar altı həftə ərzində aparılacaq.

Preparatı kəşf edən “Oramed Pharmaceuticals” şirkətinin Baş Direktoru Nadav Kidron yeni oral vaksinin üstünlüklərindən danışaraq qeyd edib ki,  bu vaksin koronavirusun müxtəlif ştammlarına qarşı daha effektivdir, çünki “Modern” və “Pfizer” virusun cəmi üç struktur zülalına istiqamətlənir. Həmçinin bu vaksinin üstünlüyü ondadır ki, bu cür preparatların daha az yan təsirləri olur.  

  

Bundan başqa, vaksini dünyanın istənilən yerinə daha asan çatdırmaq olacaq, çünki bu preparat hansısa xüsusi saxlama şəraiti tələb etmir. Kidronun sözlərinə görə, preparatı standart dərəcələrdə çatdırmaq mümkündür, saxlanılması isə daha asan – otaq temperaturunda mümkündür. Perspektivdə bu preparatı insanlar özləri evdə qəbul edə biləcəklər.  

“Oramed Pharmaceuticals”-ın Baş Direktoru vurğulayıb ki, bu vaksinin sınaqları yaxşı keçsə, preparatın digər ölkələrdə də təsdiqi üçün əlindən gələni edəcək. Kidron qeyd edib ki, bu cür preparatlara daha çox Cənubi Amerika dövlətlərinin eytiyacı var.

Virtualaz.org.  

Xəbərlər