273
Aktual 22 İyul 2021, 14:23

İlham Əliyev Daşkəsəndə “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub

14:23

Prezident İlham Əliyev Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub. Dövlətimizin başçısına “Çovdar” qızıl mədənində görülən işlər barədə məlumat verilib.

Prezident İlham Əliyev “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izləyib.

***

14:00

Prezident İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə gedib. Dövlət başçısı Daşkəsən şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstəsi qoyub. 

Sonra İlham Əliyev Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət etdi. 

1993-cü ildə salınan Şəhidlər xiyabanında həm birinci Qarabağ, həm də Vətən müharibəsində həlak olan şəhidlər dəfn edilib. Ümumiyyətlə, Daşkəsəndən olan gənclər də hər zaman ərazilərimizin müdafiəsi uğrunda qəhrəmanlıqla döyüşüb, Vətən uğrunda canlarından keçiblər. Vətən müharibəsinin gedişində yenidən silaha sarılan Daşkəsən gənclərindən 31 nəfər şəhidlik zirvəsinə ucalıb. Bu qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Xəbərlər