1022
Aktual 20 İyul 2021, 22:43

İlham Əliyev “Sputnik V” vaksininə görə Putinə təşəkkür etdi

22.43

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkrı Vladimir Putinlə görüşü zamanı Rusiyanın koronavirus pandemiyası ilə mübarizədə göstərdiyi köməyə və “Sputnik V” vaksininin təchizatına görə təşəkkür edib.

“Koronavirusla mübarizədə göstərilən köməyə görə təşəkkür etmək istərdim. Biz artıq Rusiyadan 200 min dozadan artıq “Sputnik V” vaksini almışıq və yenə də göndəriləcəyini gözləyirik. Bilirəm ki, istəyənlər olduqca çoxdur, çünki bu vaksin öz effektivliyini sübut edib”,-TASS agentliyinin xəbərinə görə İlham Əliyev bildirib.

Azərbaycan prezidenti bunu anlayışla qarşılayıb ki, “hamını vaksinə təmin etməyi çatdırmaq çox çətindir”: “Lakin dost və tərəfdaş kimi bir daha təşəkkür edirəm ki, biz vaksin alanların siyahısında ilk sıralardayıq”.

 

 

***

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfəri başlayıb. “AzərTAC” xəbər verir ki, Moskvanın Vnukovo-2 aeroportunda İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Az əvvəl İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə görüşü başlayıb. TASS agentliyinin xəbərinə Görüşün jurnalistlərə açıq hissəsində Rusiya dövlət başçısı bildirib ki, iki ölkə arasında iqtisadi münasibətlər pandemiyadan sonra bərpa olunmaqdadır.

Putin habelə Qarabağa dair kompromis həllin tapılmasına görə Azərbaycan prezidentinə təşəkkür edib.

İlham Əliyev isə bildirib ki, Azərbaycan Qarabağ münaqişəsinin başa çatmasından sonrakı dövrün maksimal ağrısız keçməsində maraqlıdır. “Biz postmünaqişə dövrünün maksimal ağrısız keçməsində qərarlıyıq və hesab edirəm ki, ümumi səylərlə buna nail ola biləcəyik”,-Azərbaycan dövlətinin başçısı deyib.

 

Xəbərlər