246
Aktual 20 İyul 2021, 13:01

Avropa İttifaqı Ermənistan-Azərbaycan dövlət sərhədindəki son hadisələrlə bağlı narahatdır?

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son hadisələrdən dərin narahatlığını ifadə edib. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar şəxsi tviter hesabında bununla bağlı paylaşım edib. Paylaşımda deyilir: "Ermənistan-Azərbaycan dövlət sərhədində dərin narahatlıq doğuran hadisələr davam edir. Yeni itkilər qeydə alınmadan təmkinə, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv dialoqa çağırışımızı təkrarlayırıq. Avropa İttifaqı tərəflərə kömək etməyə hazırıdır".

Xəbərlər