443
Aktual 14 İyun 2021, 21:52

Ərdoğanla Baydenin Brüsseldəki qapalı görüşü başa çatdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında keçirilən görüş başa çatıb.

Virtualaz.org bildirir ki, görüş 45 dəqiqə çəkib.

Qeyd edək ki, bu, ABŞ-ın prezidenti olduqdan sonra Co Baydenin türkiyəli həmkarı ilə ilk təkbətək görüşüdür.

Mətbuata qapalı olan təkbətək görüşün ardından heyətlərarası görüş başlayıb.

**20:48

Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Co Bayden arasında görüş başlayıb.

Virtualaz.org bildirir ki, görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində, qapalı  keçirilir. Görüşdə bir sıra aktual mövzular müzakirə olunacaq.

Ərdoğanın Baydenlə görüşdən sonra mətbuat konfransı keçirəcəyi gözlənilir.

 

Xəbərlər